Azerfloat haqqında

Azerfloat - Bir Uğur Hekayəsi

    Azerfloat" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişafına xidmət edən başlıca şirkətlərdən biri olaraq ölkənin iqtisadiyyatına əhəmiyyətli töhfələr verir. Şirkət çox qısa zamanda həm yerli vərəqə şüşə bazarında müsbət dinamika yaratdı, həm də münasib qiymətə yüksək keyfiyyət axtarışında olan regional şüşə emalatçıları üçün əvəzolunmaz ünvana çevrildi. Şirkətin cari müştəri portfelinə Böyük Britaniya, İspaniya, İrlandiya, Hollandiya, Polşa, İsrail, Türkiyə, Ukrayna, Gürcüstan və Rusiya kimi Avrasiya və Yaxın Şərq regionunun müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlər daxildir. 

    Şirkət 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi hüququnu əldə edərək istehsal fəaliyyətini yüksək effektivliklə həyata keçirməyə imkan verən güclü infrastruktur şəbəkəsinə çıxış əldə etmişdir. 2021-ci ilin əvvəlində məhsullarını yerli və xarici bazalarda satışa çıxaran Şirkət tez bir zamanda münasib qiymətə yüksək keyfiyyətli şüşə təchizatçısı reputasiyasını qazandı. O vaxtdan həm daxili, həm də xarici bazarlarda Azerfloat şüşəsinə davamlı artan tələbatla ayaqlaşmaq Şirkətin başlıca qayğısıdır!

Missiyamız

Əlverişli qiymətə yüksək keyfiyyətli şüşə məhsullarının etibarlı istehsalçısı və distribyutoru olmaq

Gələcəyə Baxışımız

İnnovativ şüşə məhsulları yaratmaqla rahatlıq, təhlükəsizlik və inkişafa töhfə vermək

Dəyərlərimiz

Peşəkarlıq
Bilik
Paylaşma
İnkişaf

300

ton/gün əridilmiş şüşə istehsalı

100m

ton/il satışa yararlı şüşə

65%+

ixrac

100+

milyon ABŞ dolları dəyərində aktivlər

9

milyon ABŞ dolları dəyərində büdcəyə qoyuluş

250+

daimi iş yeri

35+%

EBITDA

İcraçı Direktordan İsmarıc

    Böyük fəxr hissi ilə Sizlərlə Azerfloat şirkətinin qazandığı uğurların sevincini bölüşmək istəyirəm. Hələ illər öncə zavodun təməlini qoyduqda təsəvvür belə edə bilməzdik ki, məhsullarımız keyfiyyəti ilə bir çox qabaqcıl ölləkərdən maraq cəlb edəcək. Hal hazırda Şirkətimiz Avropa və Asiyada yerləşən müştərilərinə yüksək keyfiyyətli şüşə məhsulları ixrac edir.

 

    Uğurumuzun sirri isə sadədir – bizi irəli aparan dəyərlərimiz və çətin zamanlarda belə bu dəyərlərə sadiq qalmağımız. Azerfloat komandası olaraq daim professional fəaliyyəti üstün tutmuş, inkişafa və yeniliklərə açıq olmuş və bütün tərəfdaşlarımızla güvənə dayanana uzun-müddütllil əməkdaşlıqlar qurmuşuq.

 

    Əminik ki, bu nailiyyətlər uzun, perspektivli və həyəcan dolu yolun yalnız ilk addımlarıdır. İnkişaf edərək yeni mərhələlər kəşf etməyə, ətraf mühitimizə və qlobal cəmiyyətə tövhəmizi verməyə hazırıq. Sizləri bu macəralı yolda Azerfloat ilə birgə olmağa dəvət edirik!

 

    Hörmətlə,

Emil Həsənov

İcraçı Direktor
Azerfloat QSC

signature

Partnyorlar

Biz şüşə istehsalı üzrə qabaqcıl şirkətlər ilə işləyirik:

İxrac etdiyimiz ölkələr

arrow