İstehsalat

Xammal Qarışımının Hazırlanması

Xammal Qarışımının Hazırlanması

Qranulometriya, kimyəvi analiz və rütubətin yoxlanılması kimi keyfiyyət analizlərindən uğurla keçən yüksək keyfiyyətli xammal və daxili istehsal zamanı yaranan şüşə qalıqları mühəndislər tərəfindən hazırlanan və keyfiyyət mütəxəssisləri tərəfindən mütəmadi yoxlanılan reseptlərə uyğun olaraq avtomatlaşdırılmış dozaj sistemi vasitəsilə çəkilir və qarışdırılır.

Əridilmiş Şüşə

Əridilmiş Şüşə

Xammal və şüşə qarışığı davamlı olaraq təbii qaz vasitəsilə təxminən 1600°C-yə qədər qızdırılan müasir Horn sobalarında bişirilir və homojen ərimiş şüşə əldə edilir.

Şüşənin Formalaşması

Şüşənin Formalaşması

Ərimiş şüşə ərinmiş qalayla doldurulmuş qalay vannasına axır. Şüşə ərimiş qalay üzərində üzərək forma alır – məhz buna görə bu tərz şüşə istehsalı “üzən” (float) şüşə istehsalı metodu adlanır. İxtisaslı mütəxəssislər istehsal parametrlərini optimal şəkildə tarazlayaraq şüşənin formalaşması prosesinə nəzarət edirlər. Son məhsulun qalınlığı və ölçüləri qalay vannasında idarə olunan darvaza və roliklərlə tənzimlənir.

Keyfiyyətə Nəzarət

Keyfiyyətə Nəzarət

Şüşə lehr bölməsindən keçərək son formasını almaq üçün soyudulur. Şüşə kəsilməzdən əvvəl 0,1 mm-ə qədər qüsurları müəyyən edə bilən ISRA qüsur skanerləri vasitəsilə keyfiyyət yoxlamasını uğurla keçməlidir.

Ölçüyə Uyğun Kəsim

Ölçüyə Uyğun Kəsim

Keyfiyyət yoxlamasından keçmiş yüksək keyfiyyətli şüşə avtomatik olaraq müştərilərin ehtiyaclarına uyğun ölçülərdə kəsilir. Kəsilmədən sonra hər bir şüşə vərəqəsi 1 mm-ə qədər həndəsi uyğunsuzluqları aşkar edə bilən skaner vasitəsilə yoxlanılır.

Qablaşdırma

Qablaşdırma

Daşınma zamanı məhsulun qorunmasını təmin etmək üçün qablaşdırma həm taxta, həm də dəmir qablardan istifadə etməklə həyata keçirilir. Şüşə həm istehsal xəttində, həm də oflayn olaraq avtomatik qablaşdırma cihazı vasitəsilə qablaşdırılır.

Daşınma

Daşınma

Qablaşdırılmış şüşə üstü-açıq konteynerlərə, qapalı konteynerlərə və qatarlara yüklənir ki, bu da, müxtəlif cür logistik ehtiyacları olan müştərilərə xidmət göstərməyə imkan verir.

Kefiyyətin İdarə Olunması

"Keyfiyyət heç vaxt təsadüfi deyil – həmişə ali niyyət, səmimi cəhd, düşünülmüş istiqamət və bacarıqlı icranın nəticəsidir."

Con Raskin