Keyfiyyətin İdarə Olunması

Keyfiyyət zəhmət tələb edir:

Siyasət və Prosedurlar

Bütün səviyyələrdə yüksək keyfiyyət göstəricilərinin əldə oluna bilməsi üçün bütün təşkilati fəaliyyətlər davamlı yenilənən və sistemli şəkildə tətbiq olunan korporativ siyasət və təlimatlara istinadən həyata keçirilir.

Sistemli Avtomatlaşdırma

İnsan səhvlərinin azaldılması və istehsal, uçot, hesabat və insan resurslarının idarə edilməsi kimi bütün əhəmiyyətli proseslərdə yüksək effektivliyin əldə olunması məqsədiylə fəaliyyətlərin avtomatlaşdırılması sistemli olaraq həyata keçirilir.

Davamlı Yoxlamalar

Bütün xammal və materiallar yüksək keyfiyyətli şüşə istehsalı standartlarına uyğunluğu təmin etmək üçün qabaqcıl texnologiyalardan istifadə edən ixtisaslı mütəxəssislər tərəfindən sınaqdan keçirilir.

Reseptlərə Nəzarət

Doza tələblərindən kənarlaşmaları minimallaşdırmaq üçün istehsal reseptləri mütəmadi nəzərdən keçirilir, təkmilləşdirilir və avtomatlaşdırılmış dozalaşdırma və qarışdırma texnologiyaları vasitəsilə tətbiq edilir.

Sistemli Texniki Nəzarət

Uzunmüddətli davamlı keyfiyyəti təmin etmək məqsədiylə istehsal avadanlıqlarının sənaye standartlarına uyğunluğu periodik texniki baxışlar vasitəsilə təmin olunur.

Davamlı Yenilənən Qüsur Kitabxanası

Məhsulun keyfiyyətiinə xələl gətirə biləcək bütün növ qüsurların qarşısının anında alınması imkanlarını genişləndirmək üçün elektron qüsurlar kitabxanası davamlı olaraq yenilənir.

Keyfiyyət İnfrastrukturunun Qorunması

Keyfiyyət idarəetmə sistemlərinin və avadanlıqlarının təyin olunmuş keyfiyyət standartlarına uyğun işləməsini təmin etmək üçün dövri yoxlamalar aparılır.

Mütəxəssis Yoxlaması

Avtomatlaşdırılmış keyfiyyətə nəzarət sistemlərinin düzgünlüyünü yoxlamaq üçün şüşə nümunələri hər 2 saatdan bir laboratoriya təhlilindən keçir.

Davamlı Təlimlər

Bütün əsas növ fəaliyyətlərdə rol alan işçilərə vaxtaşırı təlimlər keçirilir.

Partnyorlar

Biz şüşə istehsalı üzrə qabaqcıl şirkətlər ilə işləyirik:

Sertifikatlar